Hal-hazırda Air Arabia şirkəti sadəcə bir tətbiq vasitəsilə bütün havayolu əməliyyatlarına real vaxt rejimində nəzarət edə bilir.
Air Arabia - Yaxın Şərq və Şimali Afrikanın ilk və ən böyük aşağı büdcəli aviaşirkətidir. Hal-hazırda 206-dan çox marşrut üzrə fəaliyyət göstərən şirkət milyonlarla sərnişinə rahat, etibarlı və sərfəli hava nəqliyyatı təklif edir. Şirkət “Where Next?” sloqanı ilə daha çox insanı səyahətə təşviq edir və hava nəqliyyatını daha əlçatan etməyi hədəfləyir.
Daim yenilənən və xidmət şəbəkəsini genişləndirən Air Arabia üçün əməliyyat effektivliyi və xərclərin optimallaşdırılması getdikcə daha böyük əhəmiyyət kəsb edir.
Nəticə olaraq, AirArabia uçuş əməliyyatlarını daha sistemli şəkildə idarə etmək və resurslarına maksimum nəzarət əldə etmək məqsədilə Crocusoftun təklif etdiyi innovativ həllə üz tutdu. Crocusoft, Air Arabia komandası üçün xüsusi olaraq hazırlanmış və geniş funksionallıqlara sahib OpsWatch mobil tətbiqini hazırladı. Bu tətbiq real vaxt rejimində uçuş əməliyyatlarını izləmək və idarə etmək imkanı yaradaraq şirkətə həm vaxt, həm də maliyyə baxımından ciddi qənaət təmin edir. OpsWatch tətbiqi vasitəsilə Air Arabia hazırda aşağıdakı əsas prosesləri daha effektiv şəkildə həyata keçirir:
Baqaj, sərnişin sayı və yük miqdarının real vaxtda izlənməsi
Uçuş statusunun avtomatik yenilənməsi və monitorinqi
Rotasiya proseslərinin səmərəli şəkildə idarə olunması
Gecikmə və dəyişikliklər barədə ani bildirişlərin göndərilməsi
Əməliyyat zamanı qarşıya çıxan problemlərin vaxtında qeydiyyatı və idarə olunması
Ümumilikdə, Air Arabia texnologiyanın gücü ilə əməliyyat effektivliyini artıraraq milyonlarla sərnişinə daha çevik və dayanıqlı xidmət təqdim etməyə başladı.