Müştərilərimiz | Crocusoft-un Etibarlı Tərəfdaşları

Məhəmməd Zeynallı

Pasha Holding – Administrativ işlər üzrə mütəxəssis

DəyərliSən” layihəsi üzərindən əməkdşalığımız hal-hazırda davam edir. Komanda olaraq operativ, nəticə hədəfli və qalıcı həllər ilə daima dəstək olursunuz. Ümid varam ki, əməkdaşlığımız və iş birliyimiz artan xətt üzrə yaxın gələcəkdə də davam edəcək.

Rəşad Rəsullu

Azərbaycan Cüdo Federasiyası Baş katib

Crocusoft şirkətinin nümayiş etdirdiyi peşəkarlıq və müştəriyönümlülük sayəsində internet saytımızı qısa müddət ərzində yenilədik. Bu komanda ilə əməkdaşlığı rahatlıqla hər kəsə tövsiyyə edə bilərəm.

Vüsal Məmmədov

Caspiantech, Baş Direktor

Crocusoft ən güvəndiyimiz tərəfdaşlarımızdandır. Son 3 il ərzində bu şirkətlə bərabər bir çox kompleks proqram təminatı həlləri edərək öncələr xaricdən aldığımız həlləri yerli versiyalarla əvəzləmişik ki, bunun sayəsində daha dayanıqlı və daha əlverişli mövqelərə gəlib çıxmışıq.

Vüsal Əkbərov

Veysəloğlu - Proqram təminatı təkmilləşdirilməsi departament rəhbəri

Müasir texnologiyaya əsaslanaraq dünya bazarına çıxa biləcək yerli məhsullar yaratdığınız üçün sizə təşəkkürlər.

Əmrah Abbasov

Oba marketlər şəbəkəsi - Marketinq Kommunikasiyaları Şöbə rəhbəri

Crocusoft komandası layihənin inkişafı boyunca hər bir detalı diqqətlə nəzərə almışdır. Bunun nəticəsində, "OBA Market" mobil tətbiqi, istifadəçilərimiz üçün yüksək dərəcədə sadə və rahat bir təcrübə təqdim edir. Bu əməkdaşlıq təcrübəmiz, Crocusoft ilə gələcək layihələrdə də birlikdə çalışmaq üçün yüksək inam yaradır.

İqbal Rüstəmov

PashaPay – İcraçı direktorun müşaviri

Crocusoft şirkəti ilə əməkdaşlıq bizim üçün yalnız məqamlarla yadda qalmışdır. Komanda çox dinamik, öz üzərində çalışan və hər zamana müştərilərinin yanında olan üzvlərdən ibarətdir. Crocusoft ilə gələcəkdə də yeni layihələr etməyi arzu edirik.

Fuad İmanov

Triton Consulting LTD – Finance Manager

Layihəyə başlarkən üzərimizdə olan gərginliyi Crocusoft-un məsuliyyətli və peşəkar komandası minimuma endirdi. Bundan əlavə verdikləri inovativ ideyalar isə nəticəni möhtəşəm etdi. Təşəkkürlər!

Fərrux Mahmudov

AltÜst Media - Direktor

Crocusoftun hazırladığı proqram təminatı həlləri satışlarınızda "AltÜst" effekti yaradır.

Samir Kərimov

189 TAXİ - Direktor

Crocusoft şirkəti bizim bütün tələb və istəklərimizi nəzərə alaraq 189 TAXİ tətbiqində dəstək göstərmişdir. Proses zamanı mükəmməl kommunikasiya qurulmuş, yaranan problemlərə anında müdaxilə edilmişdir.

Orxan Rzayev

Eleven Kings Game - CEO

Crocusoft Komandası startup layihəmizin ilkin versiyasını yüksək peşəkarlıqla hazırladı. Bu komanda ilə işləməyin bütün layihələr üçün uğurlu başlanğıc olacağına əminəm.

Müştərilər və tərəfdaşlar

oba1
tagaz1