İctimai infrastrukturun inkişafı iqtisadi və sosial tərəqqinin əsas dayağıdır. Son 15 ildə dövlət-özəl tərəfdaşlıqlar (PPP) ənənəvi dövlət satınalmasına (TPP) alternativ kimi populyarlıq qazanmışdır. Hər iki modelin çatdırılma, xərclər, risk, innovasiya və ümumi səmərəlilik baxımından özünəməxsus üstünlükləri və çətinlikləri var.
PPP dövlət qurumu ilə özəl sektor tərəfdaşı arasında uzunmüddətli müqavilədir. Bu modeldə özəl tərəf adətən ictimai infrastrukturu layihələndirir, inşa edir, maliyyələşdirir və idarə edir . Dövlət isə ödənişləri xidmətin keyfiyyətinə və performans göstəricilərinə əsasən həyata keçirir. Bu model layihələndirmə, inşaat, maliyyələşdirmə və idarəetmə proseslərinin birlikdə həyata keçirilməsini nəzərdə tutur. Ödənişlər xidmətin nəticələrinə və əvvəlcədən müəyyən olunmuş KPI-lərə əsaslanır, risklər isə onları daha effektiv idarə edə biləcək tərəfə ötürülür. Kapitalın əsas hissəsi isə özəl sektor tərəfindən təmin olunur.
Ənənəvi modeldə dövlət layihənin maliyyələşdirilməsi, layihələndirilməsi və inşası üzrə tam məsuliyyət daşıyır.Bu prosesdə adətən layihələndirmə, tikinti və avadanlıq ayrılıqda müqavilələndirilir. İnşaat başa çatdıqdan sonra dövlət borcu qaytarır, obyekti idarə edir və saxlayır, həmçinin bəzi hallarda müəyyən əməliyyatları üçüncü tərəflərə həvalə edir.
Dövlət-özəl tərəfdaşlıq (PPP) və ənənəvi satınalma arasındakı əsas fərqlər
✔️ Əhatə dairəsi - PPP layihələri tikinti, maliyyələşdirmə və idarəetməni əhatə edir, ənənəvi satınalmada isə yalnız tikinti və bəzən idarəetmə yer alır.
✔️ Maliyyə mənbəyi - PPP layihələrində maliyyə əsasən özəl sektor tərəfindən təmin edilir, ənənəvi satınalmada isə maliyyə dövlət tərəfindən, vergi və ya borc vasitəsilə qarşılanır.
✔️ Risk bölgüsü - PPP-də risklər paylaşıldığı halda, əsasən özəl sektor tərəfindən idarə olunur, ənənəvi satınalmada isə risklər dövlətin üzərinə düşür.
✔️ Ödəniş forması - PPP-də ödənişlər performans əsaslı və zamanla həyata keçirilir, ənənəvi satınalmada isə tikinti zamanı və ya sonrasında sabit ödənişlər edilir.
✔️ İnnovasiya potensialı - PPP-də yüksək innovasiya potensialı var, çünki nəticə yönümlü müqavilələr innovativ yanaşmalar tələb edir, ənənəvi satınalmada isə proses yönümlü yanaşmalar olduğu üçün innovasiya məhduddur.
✔️ Dövlətin rolu - PPP-də dövlət nəzarətçi və xidmət təminatçısı rolunu oynayır, ənənəvi satınalmada isə dövlət layihənin tam sahibliyi və idarəçiliyi ilə məşğuldur.
✔️ Vaxt performansı - PPP-lərin üstünlüklərindən biri, vaxtında çatdırılmadır, çünki ödənişlər xidmətin yerinə yetirilməsinə bağlıdır. Ənənəvi layihələrdə isə tez-tez gecikmələr və əlavə xərclərlə qarşılaşır.
✔️ Rəqabət və satınalma effektivliyi - PPP-lərdə bazar uğrunda rəqabət olur, çünki özəl şirkətlər tenderlə yarışır, ənənəvi modeldə isə rəqabət bazar daxilində aparılır. Bu model tender mərhələsində səmərəliliyi artırır, xərcləri azaldır və xidmətin keyfiyyətini yüksəldir. Lakin bu üstünlüklər yalnız rəqabət səviyyəsi yüksək olduqda mümkün olur.
Hansı model daha yaxşıdır?
PPP-lər aşağıdakı sahələrdə üstünlük göstərə bilər:
🔹Vaxt performansı
🔹Risklərin ötürülməsi
🔹Həyat dövrü üzrə xərclərin azaldılması
Ənənəvi satınalma isə bu üstünlükləri təklif edir:
🔹Daha çox şəffaflıq
🔹Dövlətin tam nəzarəti
🔹Kiçik layihələr üçün sadə tətbiq mexanizmi.
Seçim layihənin ölçüsündən, sektorundan, maliyyə imkanlarından və uzunmüddətli məqsədlərdən asılıdır. Həm dövlət-özəl tərəfdaşlıqlar, həm də ənənəvi satınalma ictimai infrastrukturun təminində mühüm rol oynayır. PPP-lər səmərəlilik, innovasiya və risk idarəçiliyi baxımından üstünlük verə bilər, lakin bu üstünlüklər hər zaman uğur gətirmir. Ən uyğun modeli seçmək üçün kontekstə həssas yanaşma tələb olunur. Qərarlar milli prioritetlərə, maliyyə imkanlarına və vətəndaşlara yüksək keyfiyyətli xidmətlər təqdim etmək məqsədinə əsaslanmalıdır.