Mobil tətbiqlər gündəlik həyatımızın ayrılmaz
hissəsinə çevrilib. Bizneslər üçün bu tətbiqlər insanların məhsul və xidmətləri
axtarma və əldə etmə, boş vaxtlarını keçirmə və məzmun istehlak etmə üsullarını
əhəmiyyətli dərəcədə dəyişib. İstənilən ölçüdə olan bir çox brend indi mobil
tətbiqləri öz auditoriyası ilə ünsiyyət qurmaq üçün əsas kanal kimi istifadə
edir və bu tətbiqlərin effektivliyini maksimum dərəcədə artırmaq onların
maraqlarına uyğundur.
Hazırda çox rəqabətli bir mühitdə yeni istifadəçiləri tətbiqə cəlb etmək getdikcə daha çətin və bahalı olur. Buna görə də, mövcud istifadəçilərə diqqət yetirmək bazarda üstünlük qazanmaq üçün vacibdir.
Loyal istifadəçilər mobil tətbiqin göstəricilərinə və ümumi uğuruna necə
təsir göstərir?
Loyal istifadəçilər hər hansı bir brend üçün möhkəm təməl təşkil edir. Nə qədər
çox fəal müntəzəm müştəri olsa, brend bazarda bir o qədər güclü mövqeyə
malikdir.
Loyallıq
proqramı yaradılmasına və gücləndirilməsinə səbəblər:
1. Mövcud müştəriləri saxlamaq, yeni müştəriləri cəlb etməkdən daha sərfəlidir.
Yeni istifadəçilər qazanmaq, çox vaxt mövcud auditoriya ilə ünsiyyətdən daha
çox səy, vaxt və maliyyə tələb edir.
2. Loyal müştərilər sabit gəlir axını təmin edir və yenilikləri daha asan qəbul edir. Bu müştərilər loyallıq mobil tətbiqinizi tanıyır və ona etibar edir. Onlar daha tez-tez alış-veriş edir, əlavə xidmətlər, premium abunəliklər və eksklüziv seçimlərə üstünlük verirlər.
3. Ağızdan-ağıza marketinq və tövsiyələr möcüzələr yaradır. Məmnun müştəri və istifadəçilər təcrübələrini bölüşür, dostlarına brendinizi tövsiyə edir və rəy verir. Bu, məhsulunuzu daha cəlbedici və istifadəçi dostu etməkdə sizə kömək edir.
Mobil tətbiqdə müştəri əlaqəsini və məmnunluğunu artıran xüsusiyyətlər hansılardır?
Mobil dövrdə istehlakçılar əsasən, hətta
yalnız mobil tətbiqlər vasitəsilə brendlərlə kommunikasiya qururlar. Buna görə
də tətbiqiniz biznesinizi irəli aparan əsas elementlərdən biridir. Müştərilərin
mobil tətbiq istifadəsi üçün onun xüsusiyyətlərini mükəmməl şəkildə dizayn etmək
lazımdır. Burada nəzərə alınmalı bəzi funksiyalar var:
Fərdiləşdirmə: İstifadəçilərin maraqlarına, gözləntilərinə və davranışlarına
uyğun məzmun daha çox maraq yaradır və brendlə əlaqəni gücləndirir.
Gamification: Oyun elementləri müxtəlif sektorlarda tətbiq olunur. İstifadəçiləri tətbiqdə saxlayan və onu daha çox istifadə etməyə təşviq edən səviyyələr və mükafatlandırma sistemləri çox təsirlidir.
Bildirişlər və xatırlatmalar: İstifadəçiləri tətbiqinizdə baş verən yeniliklərdən xəbərdar etmək və ya onların unutqanlığını azaltmaq üçün istifadə olunur.
Loyallıq və bonus proqramları: Loyallıq proqramını nağdsız ödənişlər, cashback və xüsusi endirimlərlə birləşdirmək təsirli nəticələr verir.
İnteraktiv elementlər: Mobil tətbiqlərdə məhsul və ya kampaniyaların elan edilməsi, icmalların təqdimatı və maraqlı seçimlərin göstərilməsi üçün istifadə olunur.
Rəy və şərhlər: İstifadəçilərə tətbiq daxilində rəylər bildirmək imkanı verərək, neqativ fikirlərin ictimai yerlərdə yayılmasının qarşısını alır.
Süni intellekt: Süni intellekt elementləri ilə təchiz olunmuş, faydalı
funksionallıqlar təqdim edən loyallıq mobil tətbiqləri müştərilərin birbaşa məhsulla
bağlı davranışını və ya gündəlik həyat fəaliyyətini asanlaşdırır. Nəticədə isə
müştərinin brendə qarşı loyallıq səviyyəsi artmış olur.